İrlandiya parlament nümayəndə heyəti Şuşa və Xankəndi şəhərlərində olub
Ölkəmizdə səfərdə olan İrlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Toni MakKormakın başçılıq etdiyi İrlandiya parlament nümayəndə heyəti aprelin 23-də Şuşa və Xankəndi şəhərlərində olub.
Əvvəlcə Şuşaya gələn İrlandiya parlament nümayəndə heyətinin tanışlığı Şəhər Meydanından başlayıb. Qonaqlara Azərbaycanın görkəmli mədəniyyət xadimləri Xurşidbanu Natəvanın, Bülbülün, Üzeyir Hacıbəylinin burada qoyulmuş heykəllərinin işğal dövründə ermənilər tərəfindən güllələnməsi barədə məlumat verilib. Sonra qonaqlar Aşağı Gövhər Ağa məscidi ilə tanış olublar, Şuşanın Qala divarlarını seyr edib, Cıdır düzünə qalxıblar.



Arzu Paşaqızı