Sahibə Qafarova BMT-nin Cenevrə bölməsinin Baş direktoru ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində sentyabrın 3-də Cenevrədə BMT-nin Cenevrə bölməsinin Baş direktoru Tatyana Valovaya ilə görüşüb.


Görüşdə Azərbaycan-BMT münasibətlərinin tarixinə toxunularaq diqqətə çatdırılıb ki, gələn il Azərbaycanın BMT-yə üzvlüyünün 35 ili tamam olur. Söhbət zamanı ötən illər ərzində Azərbaycanın BMT-nin işinə verdiyi töhfələr, gördüyü işlər və keçirdiyi tədbirlər yüksək qiymətləndirilib.

Arzu Paşaqızı