Sahibə Qafarova Cenevrədə yerləşən diplomatik korpus rəhbərləri və nümayəndələri ilə görüşdə çıxış edib

Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasında işgüzar səfərdədir. Səfər çərçivəsində parlamentin sədri Cenevrədə yerləşən diplomatik korpus rəhbərləri və nümayəndələri ilə görüşdə çıxış edib.


Spiker Sahibə Qafarova çıxışında beynəlxalq və regional parlament əməkdaşlığının genişləndirilməsi, çoxtərəfliliyin inkişaf etdirilməsində parlament diplomatiyasının rolu, parlamentlərin beynəlxalq qərar qəbuletmə prosesində rolunun artması və qlobal çağırışlara birgə yanaşmalara dair fikirlərini bölüşüb.
Parlamentin sədri qeyd edib ki, müasir dövrdə münaqişələr, geosiyasi gərginlik, iqtisadi bərabərsizlik, iqlim dəyişiklikləri və sürətli texnoloji inkişaf kimi çağırışlar dövlətlərin beynəlxalq təşkilatlar çərçivəsində daha sıx əməkdaşlığını zəruri edir.

Arzu Paşaqızı