Milli Məclisdə ATƏT PA prezidenti ilə görüş
Sentyabrın 3-də Milli Məclisin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri ölkəmizdə səfərdə olan ATƏT PA-nın prezidenti Pere Joan Pons Sanpietro ilə görüşüblər.
Milli Məclisin deputatı və ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Qaya Məmmədov Cənubi Qafqazda sülh prosesi, regional iqtisadi imkanlar və beynəlxalq dialoqun əhəmiyyəti barədə danışıb. O, Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olunmasının tarixi bir nailiyyət olduğunu vurğulayıb.

Arzu Paşaqızı