Azərbaycan və Rusiya XİN rəhbərləri Qarabağdakı ekoloji vəziyyəti müzakirə ediblər

“Azərbaycanın və Rusiyanın xarici işlər nazirləri Moskvada keçirilən görüşdə Qarabağdakı ekoloji vəziyyəti müzakirə ediblər”.

Turanın səsi” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

“Biz bu mövzuya bir qədər vaxt ayırdıq. Bildirdik ki, sizin dediyiniz kimi, Rusiya sülhməramlı kontingentinin iştirakı ilə Azərbaycan qurumlarının nümayəndələri yerlərdə iş aparırlar. Digər hallarda olduğu kimi, azərbaycanlı həmkarlarımızın üçtərəfli bəyanatların müddəalarının yerinə yetirilməsi ilə bağlı meydana gələn bütün sualları bizim üçün prioritet əhəmiyyət kəsb edir. Yerlərdəki hərbçilərimiz bununla fəal məşğul olurlar”, – o bildirib.

Xatırladaq ki, daha əvvəl Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “AzerGold” QSC-nin mütəxəssislərinin Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə Xankəndidə olduqları bildirilmişdi.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir