İnsan hüquqları komitəsinin iclasında
Sentyabrın 21-də Milli Məclisin İnsan hüquqları komitəsinin 2026-cı ilin payız sessiyasında ilk iclası keçirilib.
İclası açan komitə sədri Zahid Oruc yeni sessiyanın başlaması münasibətilə komitə üzvlərini təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə ölkədə bayram əhval-ruhiyyəsinin yaşandığını bildirən komitə sədri Azərbaycanın müasir tarixində 20 sentyabrda baş vermiş əlamətdar hadisələrə diqqət çəkib. O, 20 sentyabr tarixinin həm dövlət suverenliyinin tam bərpasını simvolizə etdiyini, həm də müasir Azərbaycan dövlətçiliyində yeni mərhələnin başlanğıcı kimi xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Komitə sədri sonra İnsan hüquqları komitəsinin 2026-cı ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabatı təqdim edib. O, bildirib ki, ötən sessiya ərzində 19 iclas keçirilib, 31 məsələyə baxılıb, komitədə 9 qanun layihəsi müzakirə olunub.

Arzu Paşaqızı