Səhiyyə komitəsinin iclasında

Sentyabrın 17-də Milli Məclisin Səhiyyə komitəsinin 2026-cı ilin payız sessiyasında ilk iclası keçirilib.

İclası açan komitə sədri Əhliman Əmiraslanov yeni sessiyada komitənin fəaliyyətinə uğurlar arzulayıb və gündəliyə 2 məsələnin daxil edildiyini bildirib.
İlk növbədə, komitə sədri 2026-cı ilin yaz və növbədənkənar sessiyaları ərzində Milli Məclisin Səhiyyə komitəsinin fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, ötən sessiyada 11 iclas keçirilib və 13 məsələyə baxılıb. Komitə sədrinin qəbul günlərində 165 nəfər vətəndaş qəbul edilib, onların müraciətləri dinlənilərək, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq addımlar atılıb. Bununla yanaşı, sessiya ərzində komitəyə daxil olan ərizə və məktublara baxılaraq, lazımi tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara göndərilib.

Arzu Paşaqızı