İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

Sentyabrın 17-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib. İclasda 11 məsələ – 2026-cı ilin yaz və növbədənkənar sessiyaları dövründə komitədə görülən işlər barədə hesabat, komitənin 2026-cı ilin payız sessiyası üçün iş planının layihəsi və bir sıra qanun layihələri müzakirəyə çıxarılıb.Komitənin sədri Azər Əmiraslanov iclası açaraq yeni sessiyanın başlaması münasibəti ilə komitə üzvlərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Sonra gündəlikdəki məsələlər təqdim edilib.

Arzu Paşaqızı