Tonlarla yağ marketlərə buraxılmadı – Məhsulda təhlükəli uyğunsuzluq aşkarlandı
İdxal olunan bitki tərkibli spred yağı məhsulunda uyğunsuzluq aşkarlanıb.
Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
AQTA tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində “Vita Milk” MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Sınaq nəticəsində “Крестьянское Чудо” əmtəə nişanlı bitki tərkibli spred yağı məhsulunun partiyasında 3-monoxlorpropan-1,2-diol (3-MCPD) göstəricisi üzrə uyğunsuzluq aşkarlanıb.
Bununla əlaqədar qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Qəbul edilmiş qərara əsasən, ümumi çəkisi 20 ton olan məhsul istehsalçı ölkəyə geri qaytarılıb.

Arzu Paşaqızı