Parlamentdə TBMM –in nümayəndə heyəti ilə görüş keçirilib

Sentyabrın 8-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvləri “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” da iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) nümayəndə heyəti ilə görüşüblər.


Söhbət zamanı Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Azərbaycanın iqlim, energetika və bərpaolunan enerji sahələrində həyata keçirdiyi çoxşaxəli siyasət barədə ətraflı məlumat verib. Komitə sədri, bu sahədə qanunvericilik bazasının daim təkmilləşdirildiyini və mühüm hüquqi islahatların aparıldığını diqqətə çatdırıb.

Arzu Paşaqızı