Milli Məclisdə görüş

Sentyabrın 8-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkəmizdə səfərdə olan Koreya Milli Assambleyasının Xarici işlər və birləşmə komitəsinin sədri Song Seog-junun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.


Səməd Seyidov bugünkü görüşün Azərbaycan-Koreya parlamentlərarası əlaqələrinin inkişafı baxımından faydalı olacağına ümidvar olduğunu deyib. O, Koreyanın Azərbaycan üçün əlaqələrin inkişafı baxımından ən mühüm tərəfdaşlardan biri olduğunu vurğulayıb. Komitə sədri Koreyanın hər zaman Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək verdiyini diqqətə çatdırıb.

Arzu Paşaqızı