Milli Məclisin sədr müavini Koreya Milli Assambleyasının Xarici işlər və birləşmə komitəsinin sədri ilə görüşüb
Sentyabrın 8-də Milli Məclisdə parlament sədrinin müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Koreya Milli Assambleyasının Xarici işlər və birləşmə komitəsinin sədri Song Seog-junun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin sədr müavini Ziyafət Əsgərov Azərbaycanın Koreya ilə münasibətlərə xüsusi diqqət yetirdiyini və bu ölkə ilə dərin əməkdaşlıq etdiyini deyib. Parlamentlərarası əlaqələrin də çox yaxşı inkişaf etdiyini söyləyən vitse-spiker qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunaraq, bunun ikitərəfli əlaqələrin gücləndirilməsinə xidmət etdiyini bildirib.

Arzu Paşaqızı