NATO PA-nın sessiyasında
Milli Məclisin deputatı, NATO Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Ramid Namazov və heyətin üzvü Samir Vəliyev qurumun 72-ci illik sessiyasında iştirak etmək üçün noyabrın 19-da Almaniya Federativ Respublikasının Berlin şəhərinə səfər edəcəklər.
Deputatlarımız illik sessiya çərçivəsində NATO PA-nın plenar iclasında və Siyasi, Demokratiya və təhlükəsizlik, Müdafiə və təhlükəsizlik, İqtisadiyyat və təhlükəsizlik, Elm və texnologiya komitələrinin iclaslarında iştirak edəcəklər.
Arzu Paşaqızı