Dövlət qulluğu imtahanı ləğv edildi – DİM-dən izahat

Noyabrın 16-da dövlət qulluğu üzrə daxili müsahibə elanı ləğv edilib.

“turaninsesi.az ” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

“Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Qanunun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Prezidentin müvafiq Fərmanının icrası, habelə dövlət qulluğu sahəsində yeni hüquqi tənzimləmələrin tətbiqi nəzərə alınıb.

2026-cı ilin sonunadək keçiriləcək müsahibələr zamanı namizədlərə əvvəlcədən elan edilmiş müsahibə proqramlarında əksini tapmış və “Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Qanunla qüvvədən düşmüş normativ hüquqi aktların yalnız Dövlət Qulluğu Məcəlləsi ilə eynilik təşkil edən müddəalarından suallar veriləcək.

Digər hüquqi aktlara və mövzulara aid olan hissədə namizədlərin bilik səviyyəsinin qiymətləndirilməsi əvvəlcədən elan edilmiş müsahibə proqramları əsasında həyata keçiriləcəkdir”, – DİM-in məlumatında deyilir.

Arzu Paşaqızı