Milli Məclisin sədri Sahibə Qafarova Sudanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Sudan Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Ənəs Eltayeb Elqaylani Mustafa ilə görüşüb.
Görüşdə gələn il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 35-ci ildönümünün tamam olacağı qeyd olunaraq, bu gün iki ölkə arasında münasibətlərin inkişafı üçün imkanların mövcud olduğu bildirilib. Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhanın 2019 və 2024-cü illərdə ölkəmizə səfərlər etdiyi, ötən il isə Antalya Diplomatik Forumu çərçivəsində ölkə başçıları arasında görüş keçirildiyi vurğulanıb. Bu təmaslar zamanı münasibətlərin inkişafı üzrə istiqamətlərin müəyyən olunduğu bildirilib.



Arzu Paşaqızı