Milli Məclisin sədri Sahibə QafarovaQana Respublikasının Prezidenti ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Serbiya Respublikasına işgüzar səfəri çərçivəsində sentyabrın 1-də Qana Respublikasının Prezidenti Con Dramani Mahama ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Qana arasında əlaqələrin mövcud vəziyyəti müzakirə edilib, münasibətlərimizin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Spiker Sahibə Qafarova bildirib ki, Azərbaycan Qana ilə əlaqələrin inkişafında maraqlıdır və ölkələrimiz arasında münasibətlərin müxtəlif istiqamətlərdə genişləndirilməsi üçün imkanlar mövcuddur.
Arzu Paşaqızı