Almaniya Bundestaqının üzvləri Göygöl və Şəmkir rayonlarına səfər ediblər
Ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının Cənubi Qafqaz üzrə Parlamentlərarası İşçi Qrupunun nümayəndə heyəti aprelin 26-da Göygöl və Şəmkir rayonlarında olublar.
Göygöl rayonunda Almaniya Bundestaqının deputatı, işçi qrupunun rəhbəri Edis Mirze, deputatlar Daniel Köbl, Macit Karaahmetoğlu, Harald Ebner və Sergey Minix rayon icra hakimiyyətinin başçısı Vüqar Novruzovla görüşüblər, rayonun tarixi-mədəni irsi və Azərbaycan-Almaniya əlaqələri barədə fikir mübadiləsi aparıblar.
Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri rayonun tarixi məkanları ilə də tanış olublar.




Arzu Paşaqızı