Deputat : “Bu gün hüquq-mühafizə orqanları arasında ən çox şikayət məhkəmələrlə bağlıdır”

“Bu gün hüquq-mühafizə orqanları arasında ən çox şikayət məhz məhkəmələrlə bağlı olur”.

Turanın səsi” xəbər verir ki, bu sözləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin dekabrın 23-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda fəaliyyət göstərən məhkəmələrin hər birinin üzərinə düşən işlərin sayı çoxdur: “Məhkəmədə olan işlərin gecikməsi, həm də keyfiyyətə təsir etmə baxımından müəyyən problem var”.

O qeyd edib ki, bəziləri məhkəmənin əldalətsiz qərar verdiyini hesab edirlər: “Hər hansı səhv hərəkət olanda iş sonda məhkəməyə gedir. Ona görə də məhkəmə işlərinin ədalətli olub-olmaması önəmlidir. Çünki yekun qərarı məhkəmə verir. Əgər vətəndaşın narazılığı məhkəmədən olursa, deməli işin keyfiyyəti düzgün getmir”.

Deputat bildirib ki, Azərbaycandan Avropa məhkəməsinə kifayət qədər şikayət gedir: “Bunun üçün də dövlət ayrı-ayrı şəxslərə vəsait ödəməyə məcbur olur. Söhbət işin mahiyyətindən yox, məhkəmə işinin aparılması qaydasında düzgün olmayan prosedurdan gedir. Düzgün aparılmayan prosedur varsa, deməli məhkəmənin çıxardığı qərar ədalətli ola bilməz. Yeni təyin olunan hakimlər buna ciddi fikir verməlidir. Qaça-qaçla tələsik qərar vermək olmaz. Hər bir prosesdə təcrübənin böyük əhəmiyyəti var. Nəzərə almaq lazımdır ki, ölkədə yaxşı məhkəmə binaları var, yüksək şərait də yaradılır. Lakin önəmli olan işin keyfiyyətidir”.

S.Novruzov vurğulayıb ki, bu gün məhkəmələrdə ötür-ötür məsələsi də əsas problemlərdəndir: “Vətəndaşlar illərlə süründürməçilik yaşayır. Misal olaraq, hər hansı işlə bağlı iki məhkəmə təsdiq verir, amma Ali Məhkəmə həmin qərarları ləğv edir. Deməli hər iki məhkəmə cəzalandırılmalıdır ki, qəbul etdiyin qərar düz deyil. Hətta qərar çıxaran hakimin əməkhaqqısı kəsilməli, yaxud digər tənbeh tədbirləri icra olunmalıdır”.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir