Aqrar siyasət komitəsinin iclasında

İyulun 10-da Milli Məclisin Aqrar siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib. İclasın gündəliyinə səkkiz məsələ daxil edilib.


Tədbirdə komitənin sədri Tahir Rzayev məsələləri təqdim edib. O, əvvəlcə “Toxumçuluq haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi (ikinci oxunuş) ilə əlaqədar məlumat verib. O, sənədin müasir dövrün tələbləri, yeni iqtisadi, nəzarət və dəstək mexanizmləri, habelə aqrar sahədə aparılan islahatların dərinləşdirilməsi məqsədilə sahə üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsini hədəflədiyini qeyd edib.
“Seleksiya nailiyyətləri haqqında”, “Dövlət rüsumu haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Texniki tənzimləmə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə Qanun layihəsinə (ikinci oxunuş) dair məlumat verən komitə sədri bildirib ki, layihədə seleksiya nailiyyətləri, qeydiyyata alınmış toxum əməliyyatçıları, toxumluq əkinlər barədə məlumatları özündə birləşdirən informasiya sistemi təsbit edilir.

Arzu Paşaqızı