Milli Məclisin iclasında
İyulun 10-da parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib.
Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin təsdiqindən sonra iclasda müzakirə ediləcək 22 məsələdən ilk iki məsələnin beynəlxalq sənədlərlə bağlı qanun layihələri olduğunu və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə uyğun olaraq onların bir oxunuşda qəbul ediləcəyini bildirib.Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Zaur Şükürov “Gəmilərin ballast sularının və çöküntülərinin idarə edilməsi və nəzarətinə dair” Beynəlxalq Konvensiyaya qoşulmaq haqqında qanun layihəsi barədə məlumat verib.
Arzu Paşaqızı