Qızıl yenidən bahalaşıb

Qızılın qiyməti bir gün əvvəl 0,8% düşdükdən sonra yenidən yüksəlib.

Turanın səsi” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri olaraq 0,37 % və ya 6,45 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1 746,05 dollara satılıb. Gümüşün dekabr fyuçerslərinin qiyməti isə 1,44 % artaraq 1 unsiyası 21,172 ABŞ dolları təşkil edib.

ABŞ dollarının indeksi (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnəsi) 0,21 % düşərək 107,61 bənd təşkil edib. ABŞ valyutasının ucuzlaşması qızılı digər valyutalarda alış üçün əlverişli edir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir