Milli Məclisin deputatları Seneqal Milli Assambleyasının nümayəndə heyəti ilə görüşüblər
İyunun 24-də Milli Məclisin deputatları İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyası çərçivəsində ölkəmizdə səfərdə olan Seneqal Milli Assambleyasının nümayəndə heyəti ilə görüşüblər.Görüşdə deputat Ceyhun Məmmədov Azərbaycanın bir sıra beynəlxalq parlament təşkilatlarının fəal üzvü kimi əməkdaşlığa xüsusi önəm verdiyini bildirib. O, parlamentlərarası əlaqələrin inkişafının vacibliyini diqqətə çatdıraraq qeyd edib ki, parlamentarilərin birgə səyləri və qarşılıqlı təmasları ölkələr arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə mühüm töhfə verə bilər.
Arzu Paşaqızı