İnsan hüquqları komitəsinin iclasında

İyunun 24-də Milli Məclisin İnsan hüquqları komitəsinin növbəti iclası keçirilib. İclasın gündəliyinə beş məsələ daxil edilib.Tədbirdə komitənin sədri Zahid Oruc məsələləri təqdim edib.

O, əvvəlcə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə əlaqədar məlumat verib. Bildirilib ki, qanunda təklif edilən dəyişikliklər Azərbaycanın rəqəmsal suverenliyinin, virtual sərhədlərinin hüquqi əsaslarını gücləndirməyə xidmət edir. Layihə kibertəhlükəsizliklə bağlı risklərin əvvəlcədən aşkarlanmasını, insident zamanı xidmətlərin davam etdirilməsini və sistemlərin operativ bərpasını nəzərdə tutur.

Arzu Paşaqızı