Bakıda Çiliyə həsr olunmuş fotosərginin açılışı olub

ADA Universitetində “Çili: insanlar və növlər” fotosərgisinin açılışı olub.

Turanın səsi” xəbər verir ki, tədbir Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Çilinin Azərbaycandakı səfirliyinin iştirakı ilə təşkil olunub.

“Biz Azərbaycanla əlaqələri gücləndiririk. Noyabrda Çili və Azərbaycan ikitərəfli münasibətlərin qurulmasının 28-ci ildönümünü qeyd edəcək. Bu gün açılan sərgi qonaqları ölkəmiz haqqında məlumatlandıracaq”, – Çilinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rodriqo Arkos açılış mərasimində bildirib.

Onun sözlərinə görə, iki ölkə təhsil, mədəniyyət, ətraf mühitin mühafizəsi kimi sahələrdə əməkdaşlığı inkişaf etdirir.

R.Arkos qeyd edib ki, Çili Azərbaycanın Qoşulmama Hərəkatında sədrlik müddətinin uzadılmasını dəstəkləyib.

Səfir tədbirin təşkilinə görə ADA Universitetinə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə və Çilinin Azərbaycandakı müvəqqəti işlər vəkili Fidel Kolomaya təşəkkürünü bildirib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir