Yasamalda oktyabr-noyabr ayları ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 61 nəfər saxlanılıb

Yasamal Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsi, həmçinin ərazi şöbə və bölmələri tərəfindən oktyabr-noyabr ayları ərzində keçirilən əməliyyatlar nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 61 nəfər saxlanılıb.

Bu barədə “Turanın səsi nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

Qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitə və psixotrop maddələr çıxarılıb. Aşkar edilən faktlarla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.


25 noyabr 2022-ci il

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir