İcra başçısı təyin olunan 37 yaşlı Orxan Məmmədov kimdir? – DOSYE

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Orxan Fərmayıl oğlu Məmmədov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

“turaninsesi.az ” xəbər verir ki, yeni icra başçısının fəaliyyəti və təhsili barədə də təfərrüatlar bəlli olub.

Hazırda 37 yaşı olan Orxan Məmmədov bu təyinatadək Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb.

O, müavin vəzifəsindən öncə isə Yasamal Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri kimi fəaliyyət göstərib.

O.Məmmədov zəngin təhsil yoluna malikdir. O, Azərbaycan Dövlət İqtisad Universitetində və Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsində ali təhsil alıb. Bununla yanaşı, yeni icra başçısı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında magistr pilləsi üzrə təhsilini tamamlayıb.

Arzu Paşaqızı