DİN-in Mətbuat Xidmətindən

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir. Keçirilən tədbirlərə paytaxtın rayonları üzrə 64 nəfər saxlanılaraq məsuliyyətə cəlb edilib. Onlardan 48 nəfər cinayət, 14 nəfər barəsində inzibati icraat işi açılıb.


Sentyabrın 7-də ölkə ərazisində qeydə alınan 99, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.


Axtarışda olduğuna görə ümumilikdə 60, o cümlədən borclu şəxs qismində axtarışda olan 35 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 67, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 104 nəfər saxlanılıb.


Sentyabrın 7-də saat 23 radələrində Gəncə şəhərinin 28 May küçəsində şəhər sakini M.Əliyevin idarə etdiyi “Opel” və Daşkəsən rayon sakini Bevdalı Allahverdiyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə B.Allahverdiyev hadisə yerində ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib.


Gəncə ŞBPİ-nin 3-cü Polis Şöbəsində araşdırma aparılır.Sentyabrın 7-də saat 20 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində Hacıqabul rayon sakini M.Məlikov idarə etdiyi “Daf” markalı avtomobillə yolu keçən qəsəbə sakini Günay Qurbanovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.


Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır. Sentyabrın 7-də saat 20 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Cəlilabad rayon sakini V.Babayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Əsmər Səfərovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.
Baş stintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir