Parlamentdə ikitərəfli görüşlər

İyunun 25-də Milli Məclisin Gənclər və idman komitəsinin sədri, Əlcəzairlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Şahin İsmayılov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Əlcəzair Xalq Demokratik Respublikası Millət Şurasının deputatı Boudjerra Soltaninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Əlcəzair arasında parlamentlərarası əlaqələrin hazırki vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Arzu Paşaqızı