Milli Məclisdə görüş

İyunun 25-də İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı (İƏT Pİ) Konfransının 20-ci sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) parlamentinin sədri Ziya Öztürklerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Milli Məclisin Şimali Kipr Türk Cümhuriyyəti ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev və qrupun üzvləri arasında görüş keçirilib.
Görüşdə Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub. Ortaq dil, mədəniyyət və qardaşlıq bağlarının iki xalqı bir-birinə daha da yaxınlaşdırdığı qeyd edilib.

Arzu Paşaqızı