DİN-in mətbuat xidmətinin məlumatı

Avqustun 30-da saat 1 radələrində Lənkəran şəhərinin ərazisində şəhər sakini A.Quluzadənin idarə etdiyi “VAZ-2107” və Şovu kənd sakini Natiq Rüstəmovun idarə etdiyi “Volkswagen” markalı avtomobillər toqquşub. Nəticədə N.Rüstəmov hadisə yerində ölüb.
Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəbrayıl rayon sakini A.Xanəliyev saxlanılıb. Üzərinə və avtomobilinə baxış zamanı 1 kiloqramdan artıq heroin 166 qram metamfetamin 300 qrama yaxın marixuana aşkar olunaraq götürülüb. Davam etdirilən tədbirlərlə A.Xanəliyevin avtomobilində olan sərnişini Bakı şəhər sakini R.Davudovun üzərindən də heroin və metamfetamin aşkarlanaraq götürülüb.

Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 1200 manat dəyərində televizor oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş R.Əmirov saxlanılıb.

Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində inşa olunan binadan dəmir konstruksiya və 3200 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən Balakən rayon sakini İ.Qitinmaqamedov saxlanılıb.

Pirallahı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Pirallahı qəsəbəsində yerləşən bir mağazadan 1500 manat dəyərində 6 ədəd soyuducu radiatoru oğurlamaqda şübhəli bilinən qəsəbə sakini İ.İdiatulov saxlanılıb.

Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakini T.Nəsirov saxlanılıb. Üzərinə baxış zamanı ondan 1 kiloqramdan artıq heroin aşkar olunaraq götürülüb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir