Əmək və sosial siyasət komitəsinin iclasında
İyunun 12-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib.
İclası açan komitə sədri Musa Quliyev gündəliyə bir məsələnin-Azərbaycan Respublikasının Mənzil Məcəlləsində,“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinin (ikinci oxunuş) daxil edildiyini bildirib.
Komitə sədri qanun layihəsində nəzərdə tutulan dəyişikliklərin əsas məqsədinin işğaldan azad edilmiş ərazilərə qayıdan məcburi köçkünlərin mənzil təminatının və mülkiyyət hüquqlarının daha effektiv şəkildə tənzimlənməsi olduğunu söyləyib. Diqqətə çatdırılıb ki, layihəyə əsasən, “İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məşkunlaşma Fondu” yaradılır və həmin fonda daxil edilən yaşayış sahələri məcburi köçkünlərin daimi məskunlaşdırılması, eləcə də onların mülkiyyətinə verilməsi üçün istifadə olunacaqdır.

Arzu Paşaqızı