İslam Həmrəyliyi Oyunları: Azərbaycan komandası daha dörd medalı təmin etdi – YENİLƏNİB + FOTO

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıb.

Oxu.Az xəbər verir ki, 74 kq-da çıxış edən idmançı yarımfinalda əlcəzairli Abdelkader İkkala 11:0 hesabı ilə qalib gələrək, ən azı gümüş medalı təmin edib.

12:27

Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında beşinci medalı təmin edib.

Oxu.Az xəbər verir ki, qadın taekvondoçu Fəridə Əzizova yarımfinala yüksəlməklə ən azı bürünc medalı aktivimizə yazdırıb.

67 kq çəki dərəcəsində yer alan idmançı 1/4 finalda qazaxıstanlı Feruza Yergeşova qalib gəlib.

Eyni uğuru 68 kq-da yarışan Cavad Ağayev də təkrarlayıb. O, yarımfinala adlamaqla ən azı bürünc mükafat qazanmağı təmin edib.

12:10

Azərbaycan idmançıları V İslam Həmrəyliyi Oyunlarında növbəti medalı qazanıb.

Oxu.Az xəbər verir ki, taekvondoçumuz Patimat Abakarova (49 kq) rəqibi Nigeriya təmsilçisi Farida Saumanı məğlub etməklə yarımfinala vəsiqə qazanıb.

Bununla da o, minimum bürünc medalı özü üçün təmin edib.

Qeyd edək ki, Azərbaycan komandası indiyədək 3 medal əldə edib. Atletika üzrə Anna Skidan (çəkicatma) qızıl, Aleksis Kopelyo (üç təkanla tullanma) gümüş və Həşim Məhəmmədov (taekvondo) isə bürünc medal qazanıblar.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir