NATO baş katibi Litva Prezidenti ilə növbəti sammitə hazırlığı müzakirə edib

NATO-nun baş katibi Yens Stoltenberq Litva Prezidenti Gitanes Nauseda ilə hərbi alyasın növbəti sammitinə hazırlıqla bağlı telefon danışığı aparıb.

Turanın səsi”in məlumatına görə, bu barədə Y.Stoltenberq tviterdə yazıb.

“Litva Prezidenti ilə gələn il Vilnüsdə keçiriləcək NATO sammitinə hazırlıqla bağlı səmərəli söhbət apardıq”, – o, qeyd edib.

Bundan başqa, tərəflər Rusiya ilə müharibədə Ukraynaya dəstəyin göstərilməsinin vacibliyini müzakirə edib və Belarusun bu qeyri-qanuni münaqişədə iştirakından narahatlığını ifadə ediblər.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir