BMT: “Gender bərabərliyinin təşviqi dünya iqtisadiyyatını 12 trilyon dollar artıracaq”

“Dünyanın əmək qabiliyyətli əhalisinin yarısını təşkil edən qadınlar öz potensiallarını tam həyata keçirməsələr, gender bərabərsizliyi böyük iqtisadi problemə çevriləcək. İş yerində gender bərabərliyinin təşviqi 2025-ci ilə qədər dünya iqtisadiyyatını 12 trilyon ABŞ dolları artıra bilər”.

Turanın səsi” TASS-a istinadən xəbər verir ki, bunu şənbə günü Tokioda keçirilən Qadınlar naminə Ümumdünya Assambleyasının (WAW!) iclasının açılışında “BMT Qadınlar” təşkilatının icraçı direktoru Sima Sami Baxus deyib.

Onun sözlərinə görə, son illər dünyada qadınların cəmiyyətdəki mövqeyinin yaxşılaşması tendensiyası müşahidə olunsa da, pandemiya bu prosesə mənfi təsir göstərib. Sima Sami Baxus bildirib ki, bağçalar bağlandıqdan sonra qadınlar övladlarına baxmaq məcburiyyətində qalıblar və nəticədə onlar arasında iş saatının azalması yaşanıb.

“Mövcud tərəqqi tempində gender bərabərliyinə nail olmaq, ayrı-seçkilik yaradan qanunları ləğv etmək və hüquqi müdafiədəki boşluqları aradan qaldırmaq üçün bizə 300 il lazım olacaq”, – Baxus vurğulayıb.

Qeyd edək ki, “WAW!” görüşü 2014-cü ildə Yaponiyada keçirilir. İndiki görüş sayca altıncıdır, çünki bir sıra əvvəlki görüşlər pandemiya səbəbindən ləğv olunub.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir