Azərbaycanda icra hakimiyyətində əməliyyat keçirildi: Vəzifəli şəxslər saxlanıldılar – YENİLƏNİB


Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Lənkəran Şəhər İcra Hakimiyyətində keçirdiyi əməliyyatlar zamanı saxlanılanlardan biri də İH-nin Memarlıq və tikinti şöbəsinin müdiri, rayonun baş memarı Elgün Abdullayevdir.

TURANIN SƏSİ” xəbər verir ki, əməliyyat zamanı onunla yanaşı İH-nin bir neçə nəfər vəzifəli şəxsi də saxlanılıb.

15:56

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Lənkəran Şəhər İcra Hakimiyyətində əməliyyat keçirib.

Əməliyyat nəticəsində bəzi vəzifəli şəxslər saxlanılıblar.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, əməliyyatla bağlı rəsmi məlumat veriləcək.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir