Nazirlərlə görüşmək istəyənlərin NƏZƏRİNƏ – Tarixlər açıqlandı
Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2026-cı ilin iyun ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli açıqlanıb.
Vətəndaşların qəbulu müəyyən edilmiş günlərdə saat 10:00-da başlayır.
“turaninsesi.az ” cədvəli təqdim edir:
| S/n | Qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanı və idarəetmə qurumunun rəhbəri | Qəbulun keçirildiyi şəhər, rayon | Əhatə olunan şəhər və rayonlar | Qəbulun keçirildiyi gün |
|---|---|---|---|---|
| 1 | Fövqəladə hallar naziri Kəmaləddin Heydərov | Abşeron | Abşeron, Zəngilan | 02 |
| 2 | Daxili işlər naziri Vilayət Eyvazov | Qazax | Qazax, Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa | 04 |
| 3 | Gənclər və idman naziri Fərid Qayıbov | Salyan | Salyan, Neftçala | 04 |
| 4 | Baş prokuror Kamran Əliyev | Şəmkir | Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa, Qazax | 05 |
| 5 | Ədliyyə naziri Fərid Əhmədov | Zəngilan | Zəngilan, Cəbrayıl, Qubadlı | 05 |
| 6 | Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov | Ağsu | Ağsu, İsmayıllı, Şamaxı, Qobustan | 05 |
| 7 | Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov | Xankəndi | Xankəndi, Şuşa, Xocalı, Ağdərə, Xocavənd, Laçın | 08 |
| 8 | Ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov | Naxçıvan | Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur | 11 |
| 9 | İqtisadiyyat naziri Mikayıl Cabbarov | Qəbələ | Qəbələ, İsmayıllı | 11 |
| 10 | “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov | Qax | Qax, Zaqatala | 11 |
| 11 | Elm və təhsil naziri Emin Əmrullayev | Gəncə | Gəncə, Samux, Kəlbəcər | 12 |
| 12 | Kənd təsərrüfatı naziri Məcnun Məmmədov | Lerik | Lerik, Lənkəran, Astara, Masallı, Yardımlı, Cəlilabad | 12 |
| 13 | Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova | Şuşa | Şuşa | 12 |
| 14 | Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev | Şamaxı | Şamaxı, İsmayıllı, Qobustan | 12 |
| 15 | “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov | Cəbrayıl | Cəbrayıl, Qubadlı, Zəngilan | 12 |
| 16 | Baş prokuror Kamran Əliyev | Naxçıvan | Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur | 16 |
| 17 | Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov | Lerik | Lerik, Lənkəran, Astara, Masallı, Yardımlı, Cəlilabad | 16 |
| 18 | Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli | Zəngilan | Zəngilan, Cəbrayıl, Qubadlı, Kəlbəcər | 17 |
| 19 | Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev | Salyan | Salyan, Neftçala | 19 |
| 20 | Mədəniyyət naziri Adil Kərimli | Şuşa | Şuşa | 19 |
| 21 | Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev | Kəlbəcər | Kəlbəcər, Laçın | 19 |
| 22 | Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov | Zaqatala | Zaqatala, Balakən | 19 |
| 23 | TƏBİB-in icraçı direktoru Anar Bayramov | Şuşa | Şuşa | 24 |
| 24 | Energetika naziri Pərviz Şahbazov | Ağdam | Ağdam, Füzuli, Xocavənd | 25 |
| 25 | Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Vüsal Nəsirli | Zaqatala | Zaqatala, Balakən, Qax | 25 |
| 26 | “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev | Şamaxı | Şamaxı, Qobustan | 25 |
| 27 | Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev | Ağdam | Ağdam, Füzuli, Xocavənd | 29 |