Adil Əliyev Şəhid Səbuhi Əhmədovun hüzr mərasimində iştirak edib

Şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri ilə birlikdə şəhid Səbuhi Əhmədovun hüzr mərasimində iştirak edərək, mərhumun qardaşı Sənana və yaxınlarına baş sağlığı verdik. Şəhidlərimizin olduğu və xalqımızın həssas dönəmində meydana atılan xoşagəlməz söz-söhbətlər hər birimizi olduqca üzür. Aidiyyəti qurumların sözügedən məsələləri araşdıraraq, yekun qərar qəbul edəcəklərindən əminəm. İndiki məqamda utanmadan şəhidimizin qardaşına qarşı xoşagəlməz sözlər işlədənləri şiddətlə qınayıram. Ailə bildiyi yeganə qardaşını itirmək Sənan üçün misli görünməmiş dərəcədə ağırdır, hər birimizin borcu Sənana və bütün şəhid ailələrinə yüksək hörmətlə yanaşmaqdır. Eləcə də, şəhid ailələrinin hazırkı vəziyyətindən öz maraqlarına uyğun sui-istifadə edənlər, birliyimizi pozmağa cəhd edənlər bu Vətəni sevməyənlərdir. Allahdan bir daha Səbuhinin timsalında bütün şəhidlərimizə rəhmət, ailələrinə səbr diləyirəm.

Turanın səsi” təsisçi və baş redaktor : Arzu Paşaqızı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir