Nazir müavini: “Sahibkarlardan böyük gözləntilərimiz var”

“Azərbaycanın qarşıya qoyulmuş hədəflərə nail olmasında sahibkarlardan böyük gözləntilərimiz var”.

Turanın səsi” xəbər verir ki, bunu Bakıda İslam Əməkdaşlığı Gənclər Forumunun (ICYF) və İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumunda iqtisadiyyat nazirinin müavini Elnur Əliyev bildirib.

“Azərbaycan yeni strateji inkişaf mərhələsində milli iqtisadiyyatın innovasiya yönümlülüyünün və maliyyə dayanıqlılığının gücləndirilməsi, davamlı iqtisadi artım drayverlərinin fəallaşdırılması, işğaldan azad edilmiş ərazilərimizin sürətli reinteqrasiyası kimi məqsədlərə hədəflənir. Bu baxımdan, ölkəmizdə gənclərin iqtisadi fəallığının artırılması, onların sahibkarlıq fəaliyyətinə cəlb olunması, startapların dəstəklənməsi, investisiya layihələrinin reallaşdırılmasına dövlət geniş dəstək göstərir. Bütün bunların nəticəsidir ki, son illərdə gənc sahibkarların sayının artması müşahidə edilir”, – deyə o, qeyd edib.

E.Əliyev əlavə edib ki, ölkəmizdə həyata keçirilən kompleks tədbirlərin nəticəsində, qobal müstəvidə geosiyasi gərginliyin artması fonunda bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan iqtisadiyyatında dinamik inkişaf prosesləri bir qədər də intensivləşib: “Bu müddətdə ölkənin ümumi daxili məhsulu (ÜDM) real ifadədə 5,2 %, qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər isə 9,7 % artıb. Strateji valyuta ehtiyatlarımız 56,4 milyard ABŞ dolları təşkil etməklə 2021-ci il üzrə ÜDM-in dəyərini keçib”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir