Azərbaycan idmançıları İrəvana gedəcək

2029-cu il MDB Oyunları Ermənistanda keçiriləcək və İrəvan MDB-nin İdman Paytaxtı olacaq.

“turaninsesi.az ” xəbər verir ki, qərar Qazaxıstanın Almatı şəhərində keçirilən MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclasında qəbul edilib.

İclasda 9 MDB ölkəsindən nümayəndələr iştirak edib: Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Azərbaycan, Tacikistan, Türkmənistan və Özbəkistan.