İnfantinodan Prezident Əliyevə hədiyyə – FOTOLAR
Prezident İlham Əliyevə 26 nömrəli futbol köynəyi hədiyyə olunub.
“turaninsesi.az ” xəbər verir ki, bu hədiyyə ona sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edərkən təqdim olunub.
Görüş gələn ay ölkəmizdə ilk dəfə 15 yaşadək oğlan futbolçular arasında təşkil olunacaq (FIFA U-15) dünya çempionatı və festivalına, həmçinin 2027-ci ildə keçiriləcək 20 yaşadək kişi futbolçular arasında dünya çempionatına (FIFA U-20 World Cup) hazırlıq işlərinə həsr olunub.

