Masallıda Köhnə Hamam abidəsi ərazisində “Abidələrimizi birgə qoruyaq” şüarı altında iməcilik keçirilib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi və Masallı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı, mədəniyyət könüllülərinin iştirakı ilə 4 oktyabr 2022-ci il tarixində Masallı rayonunda XIX əsr memarlıq abidəsi olan Köhnə Hamam ərazisində iməcilik keçirilmişdir.
İməciliyin məqsədi insanlar arasında ekoloji mədəniyyəti, təbiətə diqqət və qayğı hissini, habelə mədəni irsimizi təbliğ etməkdir. Azərbaycan ərazisində çoxəsrlik tarixə malik abidələrimizin mühafizəsi, araşdırılması və gələcək nəsillərə ötürülməsi işinin olduqca vacib olduğunu nəzərə alaraq, sözügedən iməcilik, eyni zamanda, vətəndaş məsuliyyətinin daha da inkişaf etdirilməsi xidmət edir. Belə ki, iməciliyə cəlb olunan insanlarla bərabər Masallı sakinləri də bu tədbirə maraq göstərmişdir.
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tarixi-mədəni abidələrimizin təbliğ edilməsi, araşdırılması, o cümlədən qorunmasına xidmət edən müxtəlif səpkili tədbirləri təşkil etməyə davam edəcəkdir.
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09