DİN-in mətbuat xidmətindən verilən məlumatlar (09.05.2023)

0

Mayın 8-də ölkə ərazisində qeydə alınan 58, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

⤵️

Axtarışda olduğuna görə ümumilikdə 160, o cümlədən borclu şəxs qismində axtarışda olan 142 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

⤵️

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.

⤵️

Narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.

⤵️

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.

⤵️


Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən mayın 8-də saat 9 radələrində Bakı-Qazax yolunda yerləşən postda “KİA” markalı avtomobil yoxlama nəzarət qaydasında saxlanılıb. Sürücü, Bakı şəhər sakini Nasir Məmmədov və sərnişinləri – əvvəllər məhkum olunmuşlar Ruslan Cavadov, Mehman Mirzəyev və Elgün Əliyev özlərini şübhəli apardıqlarına görə posta dəvət ediliblər.

Bu barədə “Turanın səsi nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .


Sürücü ilə fərdi söhbət aparılarkən sərnişinlərdən biri cibindən bıçaq çıxararaq uca səslə onları buraxmasalar özünə xəsarət yetirəcəyini bildirib, bu zaman digər sərnişin qaçmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb.
Sürücü və sərnişinlər avtomobillə birgə Hacıqabul Rayon Polis Şöbəsinə təhvil veriliblər.
RPŞ-də avtomobilə baxış zamanı oradan heroin, marixuana, metamfetamin, elektron tərəzi, beşbarmaq və bıçaq aşkar olunaraq götürülüb.

⤵️


Oğurluq

Xəzər rayonunun Binə qəsəbəsi ərazisində “KamAZ” markalı bir avtomobildən 600 manat dəyərində 2 ədəd akkumulyatorun oğurlanması barədə polisə məlumat daxil olub.
Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən əvvəllər məhkum olunmuşlar – Sumqayıt şəhər sakini Loğman Dadaşzadə və Bakı şəhər sakini İlkin Əzizov saxlanılıblar.
Araşdırmalarla onların müxtəlif vaxtlarda Binə qəsəbəsi ərazisində “Ford”, “Zil” və “KamAZ” markalı daha 3 avtomobildən akkumulyator və yanacaq oğurlamaları da müəyyən olunub.

⤵️


Oğurluq

Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisindəki evlərin birindən 2100 manat pul və 3500 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Bakı Şəhər Baş Polis İdarəsi və Sabunçu RPİ 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən paytaxt sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Ceyhun Əliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

⤵️


Quldurluq

Mayın 6-da gecə saatlarında Nəsimi rayonu ərazisində bir qrup şəxsin bir nəfəri döyərək 8512 manat pulunu, sənəd və cüzdanını talaması barədə polisə məlumat daxil olub.
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini Xəzər Ələsgərov, Ağstafa rayon sakini Nicat Kərimov, Bərdə rayon sakini Vüqar İsmayılov, Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş Təhmasib İlyaslı və Bakı şəhər sakini olan bir qadın müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.

⤵️


Oğurluq

Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini olan bir nəfərin bank kartından 1743 manatını oğurlamaqda şübhəli bilinən Zaqatala şəhər sakinləri Əlməddin Bəşirov və Renat Sulxayev müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir