Milli Məclisdə Rumıniya nümayəndə heyəti ilə görüş keçirilib
İyulun 15-də Milli Məclisin Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev IV Şuşa Qlobal Media Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Rumıniya Parlamenti Senatının Azərbaycan ilə parlamentlərarası dostluq qrupunun üzvü Kristian Avqustin Nikulesku Tsıqırlaş ilə görüşüb.
Azay Quliyev Azərbaycan ilə Rumıniya arasında münasibətlərin dostluq və qarşılıqlı etimada əsaslandığını vurğulayaraq, dövlət başçıları və parlamentlər səviyyəsində intensiv fəal siyasi dialoqun mövcud olunduğunu bildirib. O qeyd edib ki, qarşılıqlı rəsmi səfərlər və yüksəksəviyyəli təmaslar ikitərəfli əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verir. Bu baxımdan hər iki ölkənin parlament sədrlərinin qarşılıqlı səfərləri məmnunluqla xatırlanıb və parlament diplomatiyasının inkişafında belə təmasların xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.
Arzu Paşaqızı