Sahibə Qafarova ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamade ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova iyunun 17-də ölkəmizdə səfərdə olan ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamade ilə görüşüb.
Görüşdə ABŞ-Azərbaycan münasibətlərinə dair fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, iki ölkə arasında əlaqələr son dövrlərdə yüksək səviyyədə inkişaf edir. Bu münasibətlər qarşılıqlı hörmət, ortaq maraqlar, sülh, təhlükəsizlik və tərəqqiyə xidmət edən əsaslar üzərində qurulub.
Milli Məclisin sədri Birləşmiş Ştatlar və Prezident Donald Trampın regionumuzda sülh və sabitliyin dəstəklənməsindəki roluna toxunaraq, bu çərçivədə Vaşinqton sammiti və onun uğurlu nəticələrini qeyd edib. Bildirilib ki, Azərbaycan Milli Məclisində bununla bağlı xüsusi sessiya təşkil olunub.

Arzu Paşaqızı