Səhiyyə komitəsinin iclasında

İyunun 17-də Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib. Komitə sədri Əhliman Əmiraslanov bildirib ki, gündəliyə “Psixiatriya yardımı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) daxil edilib.


Qanun layihəsi barədə danışan komitə sədri bildirib ki, psixiatriya sahəsində tibb elminin inkişafı, yeni müalicə üsullarının tətbiqi və tibbi texnologiyaların imkanlarının genişlənməsi qanunvericilik bazasının da müasir tələblərə uyğun təkmilləşdirilməsini zəruri edir. Əhliman Əmiraslanov qeyd edib ki, müzakirəyə təqdim olunan layihədə psixiatriya yardımının göstərilməsi prosedurlarının təkmilləşdirilməsi, psixi pozuntusu olan şəxslərin diaqnostikası və müalicəsi ilə bağlı məsələlərin, eləcə də bu sahədə mövcud münasibətlərin daha dəqiq tənzimlənməsi məqsədilə bir sıra dəyişikliklər nəzərdə tutulur.

Arzu Paşaqızı