AEBA ekspertləri Ukraynanın bütün AES-lərində daimi olacaq
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) nüvə təhlükəsizliyi üzrə ekspertləri Ukraynanın bütün atom elektrik stansiyalarında daimi olmasını təmin edəcək.
“Turanın səsi ” xəbər verir ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossinin bəyanatında deyilir.
“Baş direktor Rafael Qrossi və Ukraynanın Baş naziri Denis Şmıqal razılaşıblar ki, AEBA hazırkı silahlı münaqişə zamanı nüvə qəzasının qarşısının alınması üçün səylərin gücləndirilməsi çərçivəsində ölkədəki bütün atom elektrik stansiyalarında nüvə təhlükəsizliyi üzrə ekspertlərin daimi olmasını təmin edəcək” , – sənəddə deyilir.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09