Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın 150-ci Assambleyasında çıxış edib
Aprelin 6-da Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistana işgüzar səfəri çərçivəsində Daşkənd şəhərində Parlamentlərarası İttifaqın (PAİ) “Sosial inkişaf və ədalət naminə parlament fəaliyyətləri” mövzusuna həsr edilmiş 150-ci Assambleyasında çıxış edib.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Milli Məclisin sədri əlamətdar hadisə – Parlamentlərarası İttifaqın 150-ci yubiley Assambleyası münasibətilə təbriklərini çatdıraraq, bu tarixi tədbirin qardaş Özbəkistanda yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə Özbəkistan hökumətinə və Senatına təşəkkürünü bildirib.
Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, ümumi müzakirələr üçün seçilən mövzu bu günün aktual məsələlərindəndir. Təəssüf ki, dünyada baş verən münaqişələr və geosiyasi gərginliklər, iqtisadi bərabərsizliklər, ekoloji və digər çağırışlar sosial inkişafa ciddi maneələr yaradır. Son qiymətləndirmələr göstərir ki, Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq istiqamətində irəliləyiş çox zəifdir – hədəf üzrə cəmi 17 faiz irəliləyiş müşahidə olunur.





⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI