Milli Məclisin sədri Sahibə QafarovaMərakeş Krallığı Müşavirlər Palatasının sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Respublikasına işgüzar səfəri çərçivəsində Mərakeş Krallığı Müşavirlər Palatasının sədri Sidi Mohamed Ould Ər-Rəşid ilə görüşüb.


Görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərlə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycan və Mərakeş arasında münasibətlərin qarşılıqlı hörmətə əsaslandığı qeyd olunaraq, xüsusilə, siyasi sahədə əlaqələrin inkişaf etdiyi diqqətə çatdırılıb. Həmçinin diqqətə çatdırılıb ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edir, müxtəlif platformalarda bir-birinə qarşılıqlı dəstək göstərir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI