Naxçıvanda Nazirlər Kabinetinin ləğvi və nazirliklərin Bakıya tabe edilməsi… – Anar Əsədlinin ŞƏRHİ

“Hələ bu ayın əvvəlində Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Naxçıvanda müəyyən əməliyyatlar keçirmək üçün, o cümlədən xüsusi təlimat əsasında dövlətin xüsusi maliyyə-audit qrupunun oradakı dövlət strukturlarında yoxlamalara dair hazırlıqlara başlamasından, Prezident Administrasiyasının hərbi məsələlər şöbəsinin müdiri Naxçıvanda güc strukturları ilə  xidməti müşavirə keçirəndən sonra bildirmişdik ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanda baş verənlər gözlənilən idi və hətta müəyyən qədər də gecikmişdi”. “Turanın səsi ” in xəbərinə görə , unitar dövlət quruluşuna sahib Azərbaycanda Naxçıvanın statusu ilə bağlı yeni qərarlar verməyin zəruriliyini aktuallaşdırmalı idi deyə Partiya Başkanı Anar Əsədli bildirib .

Bu mənada AY Partiya hesab edir ki, Naxçıvanda müstəqil fəaliyyət göstərən dövlət strukturlarının Azərbaycanın mərkəzi idarəetmə aparatına tabe etdirilməsi doğru addım olacaq. Lakin məsələ əsasən siyasi olduğu üçün belə bir haqlı sual doğur, illərdi lətifə qəhrəmanına çevrilən Naxçıvan xanı haqda deyilənlər niyə indi gözə göründü?

30 il 1 il deyil, 5 il deyil, 10 il də deyil, 30 il bir nəslin dəyişməsi, yeni bir nəslin yetişməsi deməkdir.

Bir nəsil yetişən bir dövrdə Talıbov ərköyünlüyünə niyə göz yumuldu? Kim daşıyacaq 30 illik özbaşnalığın məsuliyyətini? Sadəcə həbs olunan sıravi və qismən ranqlı məmurlar mı? Bəs Talıbov ailəsini həbs etməyə Bakının gücü çatarmı?

 Bu kimi suallar bütün ictimayyəti maraqlandırır. Biz sadcə həbs dalğasının sonunu gözləyirik. Son söz sonda deyilər. Amma əsas məsələ odur ki, saatın əqrəbləri Azərbaycan xalqının xeyrinə tərəf dönməkdədir. Xalqın zülm-zillət içində inləməsində əli olan hər kəs elə bu xalqın gözünün önündə həm hüquqi həm mənəvi cəzasın çəkəcək.”

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir