DİN əməliyyat keçirdi – 4 nəfər həbs olundu
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.
“turaninsesi.az ” xəbər verir ki, paytaxtın Binəqədi və Nizami, haabelə Abşeron və Yevlax rayonlarında əvvəllər müxtəlif cinayət əməllərinə görə məhkum olunmuş Nicat Həsənov, Mübariz Azayev, Hüseyn Vəliyev, Etibar Səlimov, Elşən Abdullayev və Şahin Abdullayev saxlanılıblar.
Onlardan ümumilikdə 116 kiloqram narkotik vasitə və 9500 ədəd narkotik tərkibli həb aşkarlanıb.
Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Arzu Paşaqızı